
Macarıstan Xorvatiya vasitəsilə Rusiyadan neft tədarükünə başlayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, Macarıstanın MOL şirkəti Ukraynanın Drujba boru kəmərini bağlaması səbəbindən zəruri olan Rusiyadan Macarıstan və Slovakiyaya Xorvatiya vasitəsilə neft tədarükünün mart ayında başlaya biləcəyini gözləyir.
Fevralın 15-də Macarıstanın xarici işlər naziri Peter Sijjarto elan edib ki, Macarıstan və Slovakiya Ukraynanın Drujba boru kəmərindən istifadəsini blokladığı üçün Xorvatiyadan Rusiya neftinin Adriatik dənizi boru kəməri vasitəsilə nəql olunmasına icazə vermələrini istəyiblər. Xorvatiya isə Aİ-nin enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması zərurəti ilə bağlı qaydalarına istinad edərək razılaşıb.
Rusiya neftinin tankerlərlə Xorvatiyanın Krk adasındakı Omişalj dəniz limanına, daha sonra isə Adriatik Boru Kəməri vasitəsilə Macarıstan və Slovakiyaya çatdırılacağı gözlənilir. MOL-un məlumatına görə, dəniz nəqliyyatı səbəbindən bu marşrut üzrə daşınma daha uzun çəkəcək.
Anar












































