Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orban: Avropa liderləri illüziyalar dünyasında yaşayırlar

Orban: Avropa liderləri illüziyalar dünyasında yaşayırlar


Qərbi Avropa liderləri Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ biləcəyinə inanaraq illüziyalar dünyasında yaşamağa davam edirlər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Qərbi Avropa siyasətçiləri Rusiya tükənənə qədər Ukraynaya hərbi dəstək vermək niyyətindədirlər.

"Bəs kim inana bilər ki, ruslar Ukraynadan əvvəl tükənəcəklər? Bu, xəyallar və illüziyalardır", - deyə Orban bildirib.

Hökumət başçısı bildirib ki, Rusiyanın ehtiyatları, hətta Avropadan aldığı dəstəyi nəzərə alsaq belə, Ukraynanın ehtiyatlarından xeyli çoxdur.

O, əlavə edib ki, "1944-1945-ci illərdə də Rusiyanın tezliklə məhv ediləcəyini deyirdilər, lakin o vaxtdan bəri Rusiya nüvə gücünə çevrilib və almanlar yalnız indi silahlanmağa başlayırlar.

Orban Ukraynadakı münaqişəni uzatmağa və onun tezliklə sülh yolu ilə həllinə mane olmağa çalışan Qərbi Avropa siyasətçilərinin hərəkətlərini məsuliyyətsiz adlandırıb.

Süleyman
Xəbəri paylaş