
Özbəkistanda "Ramazan xeyirxahlıq, harmoniya və minnətdarlıq ayıdır" nəcib ideyasına əsaslanaraq, müqəddəs ayın milli adət-ənənələrə və dəyərlərə uyğun keçirilməsi üçün tədbirlər müəyyən edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bununla bağlı müvafiq Prezident fərmanı imzalanıb.
Fərmana əsasən, regional hakimiyyətlər Dini İşlər Komitəsi, Özbəkistan Məhəllələri Assosiasiyası, Milli Sosial Müdafiə Agentliyi, Nuroniy Fondu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində:
– aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan əhalini dəstəkləyəcək;
– məhəllələrdə qarşılıqlı hörmət, həmrəylik və ədalət mühitini gücləndirəcək;
– təbii mühitin qorunması, müqəddəs yerlərin və ziyarətgahların abadlaşdırılması üzrə işlər görəcək.
Həmçinin, Ramazan ayı ilə bağlı tədbirlərin qısa və mənalı şəkildə keçirilməsinə, israfçılığa yol verilməməsinə xüsusi diqqət yetiriləcək.
Milli Televiziya və Radio Şirkətinə, Milli Xəbər Agentliyinə və digər media orqanlarına bu tədbirləri geniş işıqlandırmaq tövsiyə olunub.
Süleyman












































