
ABŞ prezidenti Donald Tramp Sülh Şurasının müəyyən hallarda BMT ilə əməkdaşlıq edəcəyini bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, onlar (BMT) bizə bir az kömək edə bilərlər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qoşulur və biz BMT ilə hər bir hal üçün ayrıca işləyəcəyik", - deyə o, Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib. Ağ Ev rəhbəri iki təşkilatın hansı məsələlərdə əməkdaşlıq etməyi planlaşdırdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzaladılar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu açıqladı. Sülh Şurası İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.
Süleyman












































