Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yer kürəsində maqnit fırtınası şiddətlənib

Yer kürəsində maqnit fırtınası şiddətlənib


Yer kürəsində maqnit fırtınasının intensivliyi G2 səviyyəsinə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan bildirilib.

Məlumata görə, hazırda Yerin maqnit sahəsinin pozulma dərəcəsinin beş səviyyəli şkala üzrə G1-dən G2-yə qədər artdığı, burada G5-in son dərəcə güclü, G1-in isə zəif olduğu müəyyən edilib.

G2 səviyyəsi Yer kürəsinin enerji sistemlərində problemlərin mümkünlüyü deməkdir. Radio naviqasiyasında və yüksək tezlikli radio rabitəsində fasilələr də mümkündür. Auroralar 50 dərəcə enliyə qədər qeydə alınır.

Anar
Xəbəri paylaş