Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın sülh planı üzrə danışıqlar prosesində hansısa nəticənin əldə edilməsi mümkün görünmür

ABŞ-ın sülh planı üzrə danışıqlar prosesində hansısa nəticənin əldə edilməsi mümkün görünmür


"ABŞ prezidenti Donald Tramp, sülh planı üzərində fəal şəkildə çalışır. Amma, bu çalışma Kiyevə müəyyən təzyiq mexanizmi altında həyata keçirilir. Trampa görə Ukrayna, Rusiya tərəfindən işğal edilmiş torpaqların bir hissəsini Moskvaya verərsə, müharibə bitər. Bu da öz növbəsində Ukrayna hökuməti tərəfindən qəbul edilmir. Vaşinqtonun isə planı daha çox Ukraynanı güzəştə dəvət etmək və iki ölkə arasında tez bir zamanda nəticə əldə etməkdən ibarətdir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, ABŞ planı çərçivəsində Donbasla bağlı kompromisə getməsi üzərində, yəni "demilitarizasiya olunmuş azad iqtisadi zona" məsələsi müzakirə edilir:

"Bu məsələ Kiyev üçün çox həssas məsələdir və Ukrayna ictimaiyyəti tərəfindən qəbul edilməsi çox çətin görünür. Bu baxımdan prezident Zelenski Ukrayna torpaqlarından güzəşt etməyəcəyini bildirib və Donbasla bağlı kompromisə getmək niyyətində olmadıqlarını da xüsusi olaraq qeyd edib. ABŞ -ın təzyiqlərini Zelenski "ədalətsiz mövqe" adlandırıb və bu səbəbdən danışıqlar prosesində uzlaşmanın olmadığını görmək olar".

Çingiz Şahbazi deyib ki, hər iki tərəfin şərtləri var və bu şərtlər, tərəflər üçün çox ağırdır:

"Bu baxımdan ABŞ-ın sülh planı üzrə danışıqlar prosesində hansısa nəticənin əldə edilməsi, uzaqda görünür və Zelenskinin bu istiqamətdə yürütdüyü siyasət, Rusiyaya hansısa formada qələbə bəxş edəcək kimi də görünmür. Belə olan halda böyük ehtimalla Ukrayna yaxın gələcəkdə "təlimçi" sülhə getməyəcək və ərazilərdən güzəştə getməmə prinsipini qoruyub saxlayacaq".

Süleyman
Xəbəri paylaş