Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Belqrad tərəfdaşlığı yeni fürsətlər pəncərəsi kimi qəbul edilir

Bakı-Belqrad tərəfdaşlığı yeni fürsətlər pəncərəsi kimi qəbul edilir


Cənab Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri, səfər çərçivəsində dövlət başçısına göstərilən yüksək diqqət və ehtiram Bakı - Belqrad əlaqələrinin real inkişaf dinamikasını aydınlaşdırmağa kifayət edir. Azərbaycan üçün Serbiya, daha geniş spektrdə Balkan yarımadası ölkələri nə qədər vacibdir?
Qeyd etmək lazımdır ki, Balkan yarımadası cənub-şərq istiqamətindən Avropanın içərilərinə doğru açılan qapıdır və Azərbaycan yarımada ölkələri ilə kifayət qədər sağlam təməllər əsasında münasibətlər formalaşdırır. Təbii ki, bizləri yaxınlaşdıran əsas faktor ölkəmizin zəngin karbohidrogen ehtiyatları və həmin dövlətlərin enerjiyə olan təlabatıdır. Müasir dövrdə enerji ehtiyatlarına sahib olmaq qədər onu istehsal və ixrac etməkdə vacib nüansdır. Bakı isə enerji diplomatiyasını məharətlə tətbiq edən az sayda ölkələrdən biridir. Bu kontekstdə, biraz keçmişə qayıdarsaq, dörd il bundan əvvəl Rusiya və Ukrayna arasında başlayan müharibə Avropa ölkələri üçün sanki soyuq duş effekti yaratdı. Situasiya illərdir bir mənbədən aslı olmağın mənfi tərəflərini əks etdirdi. Belə olduğu təqdirdə, daha yaxın və etibarlı tərəfdaşa ehtiyac hər zaman olduğundan daha çox hiss olundu. Bu müstəvidə Azərbaycan öz rolunu və funksiyasını bir daha təsdiq etdi. Düzdür, Azərbaycanın enerjisinə təlabat tam mənada qeyd etdiyim məsələ ilə çevrələnmir. Ancaq Ukrayna böhranı bu məsələyə bir növ əlavə stimul qazandırdı. Nəzərə almaq lazımdır ki, Serbiya kimi bir çox Avropa ölkəsi ilə yüksək səviyyəli qurulan əlaqələr məhz illərdir yaradılan uğurlu siyasi strategiyanın meyvələridir.
Serbiya keçmiş Yuqoslaviya ölkəsi olmaqla öz ənənələri olan və ən əsası müstəqil xarici siyasət həyata keçirməyi bacaran dövlətdir. Azərbaycan Serbiya ilə bütün sahələrdə məhsuldar əməkdaşlıq edir. Azərbaycan istehsalı mavi yanacaq Serbiya bazarında özünəməxsus yerə sahibdir və bu tendensiya artan xətt üzrə inkişaf edir. Eyni zamanda, tərəflər ikitərəfli əlaqələrin ən mürəkkəbi hesab edilən hərbi sahə üzrə də artıq ciddi əməkdaşlıq portfeli formalaşdırıblar. Azərbaycan ordusunun silahlanmasında Serbiya istehsalı hərbi avadanlıqlar yer alır. Silahlı Qüvvələrimiz Seriyadan Nora B 52 kimi uzaq mənzilli, olduqca dəqiq və ən əsası NATO standartlarında istehsal edilmiş artilleriya sistemi almaqla atəş gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından artırıb. Bütün bunlar regionda yaranmış sülh gündəliyini qoruyub saxlamaq üçün həyati əhəmiyyət kəsb edir. Bilindiyi kimi, güclü ordu təhlükəsizliyin qarantı olmaqla yanaşı, sülhün davamlılığının da vacib elementidir. Nəticə etibarilə, Bakı - Belqrad tərəfdaşlığı hər iki tərəf üçün yeni fürsətlər pəncərəsi kimi qəbul edilir və liderlərin səmimi dostluğu ölkələrimizi daha sıx tellərlə bir-birinə bağlayır.

Siyasi şərhçi Pərviz Mirizadə.
Xəbəri paylaş