
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hesab edir ki, İranın nüvə infrastrukturu məhv edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, İsrail-ABŞ hərbi əməliyyatı zamanı məhv edilmiş obyektləri İranın bərpa etməyə qadir olduğunu da Agentlik bildirib.
Təşkilatın baş direktoru və BMT-nin baş katibi vəzifəsinə namizəd Rafael Qrossi bildirib ki, keçən ilin iyun ayında baş verən müharibə bir dönüş nöqtəsi oldu. Çünki infrastruktura dəyən fiziki ziyan o qədər geniş idi ki, bu da hücuma məruz qalan obyektin artıq işlək vəziyyətdə olmaması deməkdir.
"Müfəttişlərim ora gedib ziyanı görə bilmədilər, amma biz bu obyektləri çox yaxşı tanıyırıq. Sadəcə olaraq, baş verənləri hücumda istifadə olunan enerji miqdarına proyeksiya etməklə, onların əvvəlki imkanlarının artıq mövcud olmadığı qənaətinə gəldik",-deyə o, bildirib.
Anar











































