Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın təslimçi sülhə məcbur edilməsi mümkün deyil

Ukraynanın təslimçi sülhə məcbur edilməsi mümkün deyil


"Ukrayna xalqının heç bir təzyiq qarşısında öz xoşu ilə bir qarış torpağını belə Rusiyaya verməyəcəyi həqiqəti artıq bəllidir. ABŞ-ın Zelenskiyə təzyiqinin fonunda Vaşinqtonun Rusiyaya da etdiyi təzyiqlər ortadadır. Rus kölgə donanmasının gəmilərinin həbsi, Rusiyadan neft alan ölkələrə ABŞ-la ticarətə 25% vergi qoyulacağı şərti, STAR Linkin Rusiya üçün söndürülməsi və bundan sonra Ukraynanın Zaporoje istiqamətində irəliləməsi, eyni zamanda, silah-sursatın dolayısı yolla olsa da Ukraynaya çatdırılması və s. ABŞ hər iki tərəflə razılıq istiqamətində işləyir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Rusiya da ABŞ-a vazkeçilməsi mümkün olmayan 17 trilyon dollarlıq ticarət şərti təklif edib:

"Tramp bundan daha da həvəslənib. Amma Ukraynanın arxasında Avropa İttifaqı və Böyük Britaniya qəti şəkildə dayanıb və hətta özləri belə Rusiya ilə müharibəyə hazırlaşır. Bu durumda Ukraynanın təslimçi sülhə məcbur edilməsi mümkün deyil".

Azər Qasımov hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması məsələsi qaranlıqdır:

"İşıq ucu görünmür. Rusiya tamamilə gücdən salınmayınca bu müharibə davam edəcək. ABŞ isə nəticə etibarilə sonda Aİ-nın yanında olmağa məhkumdur. Əks halda ABŞ ilə sivil dünya arasında əlaqə itər. Bu isə ABŞ-ın təklənməsi demək olar. ABŞ Aİ-nı itirərsə, onun rəqibləri Aİ-na sahib çıxacaq".

Süleyman
Xəbəri paylaş