
Əfqanıstanda Fəzilət Təşviqi, Pisliklərin Qarşısının Alınması və Şikayətlər Nazirliyinin (Əxlaq və Fəzilət Nazirliyi) əməkdaşları 500 musiqi alətini yandırıblar.
Newscenter.az xəbər verir ki, bu barədə "Pajhwok" qəzeti məlumat yayıb. Məlumata görə, əşyalar Pərvan əyalətinin sakinlərindən toplanıb və hakimiyyət orqanları tərəfindən şəriət qanunlarına zidd hesab edilib.
Məlumatda deyilir ki, Pərvan əyalətinin mərkəzindəki Fəzilət Təbliği, Əxlaqsızlıqların Qarşısının Alınması və Şikayətlərə Baxış Nazirliyi (MVPRC) 500-dən çox musiqi alətinin və əlaqəli əşyaların yandırıldığını bildirib.
Şöbə müdiri Məqbul Əhməd Vaqas agentliyə bildirib ki, müxtəlif mərasimlərdə, rəqslərdə və şənliklərdə istifadə edilən əşyalar son bir il ərzində həm əyalət inzibati mərkəzi olan Çorikorda, həm də rayonda toplanıb.
Anar












































