
Bu il martın 15-də Qazaxıstanda konstitusiya dəyişikliyi üçün referendum keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanın yeni Konstitusiyasına əsasən referendum üçün hökumət ehtiyatından 20,8 milyard tenge ayrılacaq.
Bunun 20,6 milyard tengesi və ya ayrılan vəsaitin 75%-i Mərkəzi Seçki Komissiyasına ayrılacaq. Vəsait bütün səviyyələrdə referendum komissiyalarının 71.044 üzvünün əmək haqqına, digər 25%-i isə təşkilati fəaliyyətlərə ayrılacaq.
Maliyyə Nazirliyi beynəlxalq təşkilatların və beynəlxalq ictimai birliklərin referendumda birbaşa və ya dolayı yolla iştirakının qadağan olunduğu barədə xəbərdarlıq edib.
Anar












































