Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev: Qazaxıstan Qəzzanın bərpası üçün vəsait ayırmağa hazırdır

Tokayev: Qazaxıstan Qəzzanın bərpası üçün vəsait ayırmağa hazırdır


Qazaxıstan Qəzza zolağının bərpası üçün əhəmiyyətli maliyyə vəsaiti yatırmağa hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə prezident Kasım-Jomart Tokayev Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.

"İlk addım olaraq, biz dərhal Sülh Şurasına əhəmiyyətli maliyyə resurslarını köçürməyə hazırıq. Qazaxıstan həmçinin geniş təcrübəyə malik beynəlxalq şirkətləri cəlb edərək yenidənqurma və tikinti prosesində iştirak etməkdə maraqlıdır. Əsasən hökumətimiz tərəfindən maliyyələşdirilən proqrama infrastrukturun, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və digər vacib mülki obyektlərin tikintisi, eləcə də dağıntıların təmizlənməsi daxil ola bilər", - deyə o bildirib.

Tokayev ABŞ Prezidenti Donald Trampın Qəzzada davamlı sülhün konkret hərəkətlər üzərində qurulması lazım olduğu mövqeyini bölüşdüyünü və dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzaladılar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan etdi.

Anar
Xəbəri paylaş