
"Vaşinqtonda, Azərbaycan Prezidenti İlham Əliyevin mühafizəçilərilə bəzi etirazçı siyasi mühacirlərin arasında insident baş verib. Təəssüf ki, insdent fiziki təsir səviyyəsinə çatıb. Sülh Şurasına gələn ölkələrdən yalnız, Azərbaycan ətrafında bunun baş verməsi xoşagələn hal deyil".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas İlqar Altay deyib. O bildirib ki, hadisənin yaranışında hər iki tərəf bir-birini günahlandırır:
"Reuters-in məlumatına görə, Vaşinqton baş prokurorluğu paytaxtda, Ağ Evdən az aralıda baş verən bu cür qalmaqallı hadisə ilə bağlı araşdırma aparır. Bəzi ABŞ konqresmenləri, senatorları artıq, məsələyə reaksiya verirlər.
Onu qeyd edim ki, hər ölkədə etiraz etmək və mühafizə etmək kimi qayda-qanunlar var. Bunu əvvəlcədən bilmək vacibdir. Arzu edilərdi ki, xüsusən də, Azərbaycan adına xaricdə belə hallar olmasın".
Anar












































