Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına birbaşa təsir edir

Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına birbaşa təsir edir


"Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına birbaşa təsir edir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Azərbaycanın Sülh Şurasında təmsil olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Platformada fəal rol, ölkənin yalnız enerji və iqtisadi resursları ilə deyil, diplomatik və humanitar sahələrdə də etibarlı tərəfdaş olduğunu göstərir:

"Bu isə Azərbaycanın qlobal səviyyədə tanınmasını gücləndirir və beynəlxalq platformalarda iştirak imkanlarını genişləndirir. Eyni zamanda, digər dövlətlər üçün Azərbaycanın mövqeyi nümunəvi model kimi təqdim olunur və ölkə üçün yeni dialoq və əməkdaşlıq kanalları açılır.

Nəhayət, yaradıcı üzv statusu regional əməkdaşlıq perspektivlərini də zənginləşdirir. Azərbaycan öz təcrübəsini və təşəbbüslərini platforma vasitəsilə digər ölkələrə təqdim etməklə, Cənubi Qafqaz və Yaxın Şərqdə sülh təşəbbüslərinə töhfə verə bilər. Bu isə uzunmüddətli perspektivdə regional balansın qorunmasına və diplomatik əlaqələrin genişlənməsinə xidmət edir".

Politoloq deyib ki, Azərbaycanın Sülh Şurasına yaradıcı üzv kimi qoşulması, ölkənin qlobal diplomatiyada fəallaşmasının və beynəlxalq nüfuzunun artmasının praktik göstəricisidir:

"Bu addım yalnız iştirak imici yaratmır, həm də ölkəyə sülh təşəbbüslərində aktiv rol oynamaq, region və dünya üzrə diplomatik mövqeyini möhkəmləndirmək, humanitar və iqtisadi əməkdaşlıq imkanlarını artırmaq imkanı verir".

Süleyman
Xəbəri paylaş