Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran rejiminin vurulması an məsələsidir

İran rejiminin vurulması an məsələsidir


"İran ətrafındakı indiki proseslər İsrailə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın terror hücumundan sonra baş verən proseslərin son mərhələsidir. İranla 12 günlük müharibə isə molla rejiminin gücünün yoxlanması idi".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, İran onda ilk dəfə İsraili birbaşa hədəf aldı:

"İsrail də öz imkanlarını test etdi. Görünən odur ki, artıq son hesablaşma vaxtı gəlib.
ABŞ Prezidenti Donald Tramp üçün İsrailin təhlükəsizliyi əsas məsələdir. Əslində, Tramp bu prosesi keçən hakimiyyəti dövründə başlatmışdı İranla nüvə danışıqlarından çıxmaqla və Süleymanini məhv etməklə, eyni zamanda, ABŞ səfirliyini Qüdsə köçürməklə, sadəcə onda durum müsait olmadı. İndi isə ən müsait zamandır onlar üçün. Çinin İranla enerji əlaqəsini kəsmək Venesuelada olduğu kimi ikinci məsələdir".

Azər Qasımov qeyd edib ki, İran rejiminin vurulması an məsələsidir:

"ABŞ İran rejimini dəyişməyi planlayır. Bu, rejim daxilindən, ya kənardan birinin hakimiyyətə gətirilməsi yolu ilə olacaq. Hesab edirəm ki, Pezeşkianın İranın əsas dəstəkçisi Çin barəsində dedikləri elə ABŞ-a verilən mesajdır. Pezeşkian həm özlərini, həm də Çini günahlandırmışdı onlar arasında imzalanmış 400 milyard dollarlıq investisiya müqaviləsini yerinə yetirmədiklərinə görə. Yəni mənə stavka edə bilərsiniz".

Süleyman
Xəbəri paylaş