Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yeni marşrut xətti işə düşüb

Bakıda yeni marşrut xətti işə düşüb


Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə Newscenter.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.
Xəbəri paylaş