Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EkoAvrasiya Fondundan Ukraynanın ərazi bütövlüyünə tam dəstək

EkoAvrasiya Fondundan Ukraynanın ərazi bütövlüyünə tam dəstək


EkoAvrasiya Fondunun nümayəndə heyəti Ukraynanın Ankaradakı səfiri Nəriman Celal ilə görüşüb.

Bu barədə məlumat Newscenter.az-a EkoAvrasiya Fondundan daxil olub. Bildirilib ki, görüş zamanı iki ölkə arasında strateji əməkdaşlı və iqtisadi əlaqələr barədə danışılıb, Türkiyə və Ukrayna arasında qədim dostluq əlaqələrə toxunulub.

Səfir Nəriman Cəlal Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki mövqeyindən və Ukraynanın haqlı davasına verilən dəstəkdən məmnunluğunu ifadə edib. O, Türkiyənin diplomatik səylərinin bütün dünya tərəfindən təqdirlə izlənildiyini bildirərək, “Türkiyə ilə strateji əməkdaşlığımız var. İqtisadiyyatın müxtəlif sahələrində çox geniş təmaslarımız və razılaşmalarımız var. İnanıram ki, bu münasibətlər davamlı olaraq artmağa davam edəcək", deyə vurğulayıb.

EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Qara dənizdə qonşu olan Ukrayna ilə Türkiyə arasında strateji tərəfdaşlığın vacibliyini diqqətə çatdırıb. Ukraynanın ərazi bütövlüyünə hörməti vurğulayan Eren, "Ukrayna ilə strateji əməkdaşlığımız bizim üçün çox dəyərlidir. Mövcud iqtisadi əlaqələrin davam etdirilməsi üçün təməl olaraq təşəbbüs göstəririk. Gələcəkdə konkret layihələr həyata keçirməyi hədəfləyirik”, - deyə bildirib.

Səfir Cəlal İslam dünyasını Ramazan ayı münasibətilə təbrik edib, dünyada sülhün bərqərar olması və Ukraynada müharibənin bitməsi üçün dua etdiklərini bildirib.

Sonda EkoAvrasiya Fondunun İdarı Heyətinin sədri Hikmet Erenə səfir Nəriman Cəlala təşəkkür plaketi təqdim edib.

Süleyman
Xəbəri paylaş