Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Fidan Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş Ankarada baş tutub. Nazirlik görüşün məzmunu və ya gündəliyi barədə əlavə məlumat verməyib.

Qeyri-rəsmi mənbələrin xəbərinə görə, görüşdə Rusiya-Ukrayna danışıqlarının hazırkı vəziyyəti, eləcə də Ankara-Kiyev münasibətləri müzakirə edilib.

Anar
Xəbəri paylaş