Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan anti-dron sistemi yaradır

Özbəkistan anti-dron sistemi yaradır


Özbəkistan anti-dron sistemi yaradır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, EAS Dome anti-dron kompleksi Özbəkistanda dronların radioelektron basqısı (yumşaq öldürmə) və fiziki məhvi (sərt öldürmə) daxil olmaqla yaradılıb. Sistem istehsalçısı Özbəkistanın "Electronic Autonomous Solutions" (EAS) şirkətidir.

Şirkət bildirib ki, optik lif və ya süni intellekt vasitəsilə avtonom idarə olunan dronlara qarşı ənənəvi radioelektron əks tədbirlər həmişə təsirli olmur. Buna görə də, EAS Dome kompleksi dronu fiziki olaraq məhv etməyə yönəlmiş sərt bir həll yolu təklif edib.

Sistem Daşkənddə keçirilən texnologiya forumunda təqdim olunub.O, radar və optik-elektron vasitələrdən istifadə edərək dronları aşkar etmək, izləmək və müəyyən etmək qabiliyyətinə malikdir.

Anar
Xəbəri paylaş