Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan hakimiyyəti sanksiya tətbiq edilən televiziyaların hüquqlarını qoruyacaq

Gürcüstan hakimiyyəti sanksiya tətbiq edilən televiziyaların hüquqlarını qoruyacaq


Gürcüstan hakimiyyəti Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilmiş İmedi və Pos televiziya kanallarının hüquqlarının qorunmasını təmin etmək üçün əlindən gələni edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Gürcüstan hakimiyyəti televiziya şirkətlərinin söz azadlığı və media azadlığı da daxil olmaqla hüquqlarını tam qoruyacaq. Hər bir jurnalistin hüquqları da tam qorunacaq. Bəzilərinin ümid etdiyi kimi, heç bir jurnalistin Gürcüstanda fəaliyyəti məhdudlaşdırılmayacaq", - deyə Kobaxidze jurnalistlərə bildirib.

Qeyd edək ki, dünən Böyük Britaniya hakimiyyətinin hökumətyönlü Gürcüstan televiziya kanalları İmedi və Pos TV-ni sanksiya siyahısına əlavə etdiyi açıqlanıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə kanalların Ukrayna münaqişəsi ilə bağlı qəsdən yanlış məlumat yaydığı iddia edilir.


Anar
Xəbəri paylaş