
Birləşmiş Ştatların iştirakı ilə növbəti Rusiya-Ukrayna danışıqları gələn ay keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Ukrayna lideri qeyd edib ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların yeni mərhələsi martın əvvəlində planlaşdırılır.
"Biz inanırıq ki, bu görüş, martın əvvəlində baş tutacaq", - deyə Zelenski bildirib.
Ukrayna prezidenti əlavə edib ki, ölkəsinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff arasında görüş fevralın 26-da Cenevrədə keçiriləcək:
"Birinci məsələ Ukraynanın bərpa paketidir. Onlar detalları müzakirə edəcəklər. İkinci məsələ üçtərəfli görüşün hazırlanmasıdır"., - deyə o bildirib.
Qeyd edək ki. üçtərəfli danışıqların əvvəlki mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.
Anar












































