Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiya prezidenti Qazaxıstanda rəsmi səfərdədir

Serbiya prezidenti Qazaxıstanda rəsmi səfərdədir


Serbiya Prezidenti Aleksandr Vuçiç qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, Aleksandar Vuçiçin Qazaxıstana rəsmi səfəri çərçivəsində siyasi dialoqun daha da gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və mədəni-humanitar qarşılıqlı fəaliyyətlə bağlı yüksək səviyyəli danışıqlar aparacaq.

Serbiya Balkan yarımadasında Qazaxıstanın yaxın və etibarlı tərəfdaşıdır. Diplomatik münasibətlərin 30 ili ərzində iki ölkə arasında hörmətə, etimada və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan dostluq əlaqələri qurulub. Ötən il Qazaxıstan və Serbiya arasında ticarət dövriyyəsi 7,6% artaraq 107 milyon dolları keçib.

Süleyman
Xəbəri paylaş