Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərid Əhmədov Qobustanda vətəndaşları qəbul edəcək

Fərid Əhmədov Qobustanda vətəndaşları qəbul edəcək


Ədliyyə naziri Fərid Əhmədov 6 mart 2026-cı il tarixində Qobustan rayonunda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Bu barədə Newscenter.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 mart tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Sumqayıt regional ədliyyə idarəsinə (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsi 64, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17610, 17631) müraciət edərək qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

"Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək", - nazirliyin məlumatında qeyd olunub.

Süleyman
Xəbəri paylaş