Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev müdaxilə etdi, 650 nəfər işsiz qaldı

Tokayev müdaxilə etdi, 650 nəfər işsiz qaldı


Qazaxıstanın Samruk-Kazına Fondu prezident Kasım-Jomart Tokayevin tənqidindən sonra Astanadakı ofis işçilərinin sayını 10% azaldacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə fondun rəhbəri Nurlan Jakypov məlumat verib. O bildirib ki, fondda ümumilikdə təxminən 6,5 min nəfər çalışır, yəni təxminən 650 işçi vəzifələrindən azad ediləcək. Onun sözlərinə görə, inzibati və idarəetmə heyəti ixtisar olunacaq. Bu ixtisar istehsal heyətinə təsir etməyəcək.

Qeyd edək ki, bir müddət əvvəl Tokayev Samruk-Kazına Fondunu tənqid edərək, şirkətlərin strukturuna yenidən baxılmasının vacib olduğunu bildirib. Prezidentin sözlərinə görə, fondda həddindən artıq sayda idarəetmə heyəti var. Ali Audit Palatası da şirkətlə bağlı bir sıra şikayətlər edib. Ötən ilin sonunda Ali Audit Palatası Samruk-Kazına Fondunun 236,5 milyon dolları səmərəsiz istifadə etdiyini aşkar edib. Ümumi auditin nəticələrinə görə, fondda maliyyə pozuntuları 680,6 min dollar təşkil edib.

Süleyman
Xəbəri paylaş