Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası fəaliyyətə başlayıb

ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası fəaliyyətə başlayıb




ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurası Vaşinqtonda rəsmi olaraq fəaliyyətə başlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva sosial şəbəkə hesabında məlumat verib.

Ölkələrin biznes icmaları arasında əlaqələri gücləndirmək üçün yaradılan Şuranın məqsədinin birgə biznes təşəbbüsləri üçün möhkəm institusional çərçivə yaratmaq olduğunu deyən Mirziyoyeva, Vaşinqtonda keçirilən görüşün sonunda anlaşma memorandumunun imzalandığını bildirib.

"Şuranın yaradılması iki ölkənin prezidentləri arasında qurulmuş yüksək səviyyəli etimada əsaslanıb. Şuranın həmsədri səfir Sercio Qorun qeyd etdiyi kimi, son bir ildə ABŞ Mərkəzi Asiyada strateji tərəfdaşlığın gücləndirilməsinə güclü sadiqliyini nümayiş etdirib",-deyə Mirziyoyeva vurğulayıb.

Qeyd edək ki, Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ştatlarda səfərdədir.

Süleyman
Xəbəri paylaş