Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Ukraynada hərbi bazalar yerləşdirmək istəyir

ABŞ Ukraynada hərbi bazalar yerləşdirmək istəyir


Kiyev təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazalarını yerləşdirmək istəyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

"Əgər Ukraynada Amerika hərbi bazası və ya birgə Amerika-Avropa bazası varsa, o zaman daha az risklə üzləşəcəyik",-deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinə kifayət qədər miqdarda Qərb hava hücumundan müdafiə sistemləri və Ukrayna Silahlı Qüvvələri üçün maliyyələşdirmə daxil olmalıdır.

Mehman
Xəbəri paylaş