
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadası elan etməsindən sonra Yaxın Şərqdəki münaqişə qaynar mərhələyə qədəm qoyacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu rusiyalı ekspert Andrey Koşkin bildirib. Onun sözlərinə görə, yenidən başlayacaq hərbi əməliyyatlar növbəti addımlarla yanaşı, eyni zamanda yeni danışıqları əhatə edəcək:
"Genişmiqyaslı münaqişə artıq şiddətlənməyəcək. Lakin atəşə tutulmalar davam edəcək".
Koşkin qeyd edib ki, İslamabadda İran-ABŞ görüşünün Tehranın təklif etdiyi 10 bəndlik sülh planı əsasında baş tutması Vaşinqton üçün geriyə atılmış bir addım kimi qəbul edilə bilər:
"Düşünürəm ki, başqa bir cəhd olacaq və bu, danışıqların davamı kimi təqdim olunacaq".
Anar












































