
"Proqnozlaşdırıldığı kimi Pakistanın paytaxtı İslamabadda keçirilən Amerika-İran danışıqları nəticəsiz başa çatdı. Hələ atəşkəs elan olunub görüşün keçiriləcəyi barədə açıqlama verilərkən bildirmişdik ki, danışıqlar nəticəsiz başa çatacaq. Çünki tərəflər sözün həqiqi mənasında danışıqlar masası ətrafında oturmağa hazır deyildilər. Doigər tərəfdən həm Vaşinqton, həm də Tehran özünü savaşın qalibi elan edirdi. Belə bir situasiyalarda isə bir qayda olaraq uzlaşmaq, anlaşmaq asan olmur".
Bu fikirləri Newscenter.az-z politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, tərəflər arasında müharibənin yeni mərhələsi başlaya bilər:
"Hər halda cərəyan edən proseslər belə deməyə əsas verir. Xüsusilə, Birləşmiş Ştatların prezidenti Donald Trampın nəticəsiz başa çatan danışıqlardan sonra Hörmüz boğazını blokadaya alacaqları barədə açıqlaması əks tərəfdə əks reaksiya yaradacaq və qarşılıqlı zərbələrin tezliklə başlayacağı əminliyi yaradacaq".
Arzuman Muradlı deyib ki, hərbi əməliyyatların növbəti mərhələsi daha dağıdıcı və ağır ola bilər:
"Bu, hər iki tərəfə şamildir. Qısa müddət üçün yaranmış nisbi sakitlik yenidən pozula bilər. Ən dəhşətlisi odur ki, ABŞ-İran hərbi qarşıdurması göründüyü kimi bəşəriyyəti dərin problemlərə doğru aparır. Çünki münaqişə təkcə iqtisadi və maliyyə deyil, eləcə də geniş miqyaslı humanitar fəlakətə doğru istqamət alır".
Süleyman












































