
İndoneziya prezidenti Prabovo Subianto Rusiyaya işgüzar səfərə gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Kremlin mətbuat xidmətinin açıqlamasına görə, səfər zananı liderlər Rusiya-İndoneziya strateji tərəfdaşlığının hazırkı vəziyyətini və dərinləşdirilməsi perspektivlərini, eləcə də aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Subiantonun Rusiyaya əvvəlki səfəri 2025-ci ilin dekabr ayında baş tutmuşdu. Daha sonra Putin 2026 və ya 2027-ci illərdə İndoneziyaya səfər edəcəyinə söz vermişdi. Putin həmçinin Rusiya ilə İndoneziya arasında nüvə enerjisi sektorunda əməkdaşlıq üçün ümidverici perspektivləri qeyd etmiş və Moskva ilə Cakartanın hərbi-texniki əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Qeyd edək ki, İndoneziya ilə SSRİ arasında diplomatik münasibətlər 3 fevral 1950-ci ildə qurulub. 28 dekabr 1991-ci ildə İndoneziya Rusiyanı SSRİ-nin hüquqi varisi kimi tanıyıb.
Anar












































