
Paris Volodimir Zelenskinin mafiya rejiminə maliyyələşdirməni dayandırmalıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Fransa Parlamentinin iclasında bildirib.
"Fransa bu cinayətkar və mafiya rejimini maliyyələşdirməməlidir. Ukrayna Ərazi İşə Qəbul Mərkəzi (TRC, hərbi komissarlıqlara bərabərdir) küçədə yoldan keçənləri qaçıraraq cəbhəyə göndərirlər",-deyə o, bildirib. Partiya liderinin sözlərinə görə, bu cür səfərbərlik metodları Ukraynada korrupsiyanın artmasına kömək edir.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb. Hakimiyyət orqanları çağırış yaşına çatmış kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Müxtəlif şəhərlərdə məcburi səfərbərliyin və vətəndaşlarla hərbi komissarlıq işçiləri arasında münaqişələrin görüntüləri Ukraynanın sosial mediasında müntəzəm olaraq yerləşdirilir. Orduda şəxsi heyətin kəskin çatışmazlığı səbəbindən ictimai yerlərdə basqınlar artırılır və çağırış yaşına çatmış kişilər həyatlarını təhlükəyə ataraq istənilən vasitə ilə ölkəni tərk etməyə çalışırlar. Bu arada, vətəndaşlarla hərbi komissarlıq işçiləri arasında açıq toqquşmalar getdikcə daha çox yayılır.
Anar












































