Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İranı məğlub etməyin yegəna yolunu nüvə silahı işlətməkdə görür

Tramp İranı məğlub etməyin yegəna yolunu nüvə silahı işlətməkdə görür


"Regionda vəziyyət getdikcə dramMatikləşir. ABŞ-ın bu müharibədəki əsas hədəfləri açıq-aydın göz qabağındadır. Birləşmiş Ştatlar öncə İranı Hörmüz boğazını bağlamağa təhrik etdi, indi isə özü bu boğazı bloklayır".

Newscenter.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, dünənə qədər çoxları belə düşünürdü ki, Tramp İran tərəfindən bağlanmış Hörmüz boğazının açılması üçün mücadilə edir:

"Lakin bu gün ABŞ bu boğazı blokadayaraq, oradan İranın icazə verdiyi gəmilərin keçməsinə imkan vermir. Nə baş verir?

Bu gün Hörmüz boğazının açılması Trampa lazım deyil. Əksinə, indi o, bu boğazın mümkün qədər bağlı saxlanılmasına çalışır ki, sonda dünyanın bir çox ölkələri - xüsusilədə Avropa Birliyi ölkələri və NATO boğazın açılması uğrunda ABŞ-İsrail cütlüyünün yaratdığı hərbi koalisiyaya qoşulsunlar. Məqsəd budur! Tramp bu müharibənin məsuliyyətini digər dövlətlərlə və NATO ilə bölüşmək istəyir. Çünki dünya birliyi əzəldən bu müharibənin əleyhinə idi. Qəzzada törədilən qətliamlardan sonra isə İsrail bir dövlət olaraq dünya xalqlarının nifrətini qazanmışdı.

Eyni zamanda, ABŞ-ın İsraillə birlikdə yaratdığı hərbi birliyi genişləndirməkdə məqsədi digər ölkələrin hərbi potensialından yararlanmaq da deyil. İranı bu müharibədə enmək üçün Birləşmiş Ştatların yetərli hərbi potensialı var. Sadəcə Tramp çox yaxşı anlayır ki, İran heç bir danışıqlara getməyəcək və onu bombalamaqla təslim etmək mümkün olmayacaqdır. Elə bu səbəbdən də Tramp İranı məğlub etməyin yegəna yolunu nüvə silahı işlətməkdə görür. Bu addım isə dünyanı silkələyəcək qədər təhlükəlidir. Məsələnin ciddiliyini yaxşı anlayan Birləşmiş Ştatlar prezidenti bu məsuliyyəti digər ölkələrlə bölüşməyi hədəfləyir".

Fikrət Yusifov qeyd edib ki, digər ölkələr də koalisiyaya qoşulduqdan sonra ABŞ-la İran arasında danışıqlar heç bir nəticə vermir və Hörmüz boğazı bağlı qalır:

"Boğazın bağlı qalması səbəbindən dünya iqtisadiyyatı ciddi itkilərlə üzləşir. Bu halda ABŞ İrana qarşı nüvə silahından istifadə etmək qərarı verir. Belə olarsa atılan adımın məsuliyyəti tək ABŞ və İsrailin üzərində deyil, hərbi koalisiyaya qoşulmuş digər ölkələrin də üzərində qalacaqdır. Müharibənin uzanmasının, Hörmüz boğazının bağlı qalmasının əsil səbəbi budur!"

Süleyman
Xəbəri paylaş