
“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitab işıq üzü görüb.
Newscenter.az xəbər verir ki, bu barədə kitabın müəllifi, iqtisadçı Eldəniz Əmirov məlumat verib. Bildirib ki, kitabın əsas məqsədi Azərbaycan iqtisadiyyatının hansı sahələrdə və hansı həcmdə investisiyanı real qəbul edə bildiyini göstərməkdir. Sektorlar üzrə praktik təhlillər əsasında investisiya potensialı, real tutum və mənimsəmə qabiliyyəti sistemli şəkildə təqdim olunub:
"Kitabda investor üçün əsas 3 suala cavab verilir. Haraya investisiya qoymaq olar, hansı dəstək mexanizmləri mövcuddur və geri dönüş perspektivi nədir?".
Müəllif hesab edir ki, bu kitab həm investorlar, həm iqtisadi qərarvericilər, həm də müvafiq istiqamətdə təhsil alanlar və akademik fəaliyyətlə məşğul olanlar üçün faydalı istinad mənbəyi ola bilər.
Süleyman












































