Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Yaxın Şərqdə davamlı təhlükəsizlik sisteminin tərəfdarıdır

Çin Yaxın Şərqdə davamlı təhlükəsizlik sisteminin tərəfdarıdır


Çin Yaxın Şərqdə və Fars körfəzi bölgəsində davamlı təhlükəsizlik sisteminin yaradılmasını dəstəkləyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çin prezidenti Si Cinpin Pekində Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd Əl Nəhyan ilə görüşdə bildirib.

Agentlik onun sözlərini sitat gətirib: "Yaxın Şərq və Fars körfəzi ölkələri bir-biri ilə sıx bağlıdır və yaxın qonşulardır. Biz onlar arasında münasibətlərin yaxşılaşdırılmasını dəstəkləməli, regionda ortaq, hərtərəfli və davamlı təhlükəsizlik sisteminin formalaşmasını təşviq etməli və dinc yanaşı yaşamağın təməlini möhkəmləndirməliyik".

Çin lideri region ölkələrinin milli suverenliyinin qorunması prinsipinə riayət etməyin vacibliyini vurğulayıb. O bildirib ki, region ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməli, vətəndaşlarının, obyektlərinin və qurumlarının təhlükəsizliyi etibarlı şəkildə təmin olunmalıdır.

Anar
Xəbəri paylaş