Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Hörmüz boğazının blokadasına qarşıdır

Fransa Hörmüz boğazının blokadasına qarşıdır


Fransa ABŞ-ın Hörmüz boğazında İran limanlarından çıxan gəmiləri blokadaya almaq təşəbbüsünü dəstəkləmir və beynəlxalq sularda bu cür hərəkətləri qanunsuz hesab edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro RFI radiosunda bildirib. O bildirib ki, Fransa boğazda gəmiçiliyin dərhal bərpa olunmasının tərəfdarıdır.

Nazir qeyd edib ki, beynəlxalq sularda gəmiçilik hər yerdə və hər şəraitdə hörmət edilməli olan bəşəriyyətin ortaq irsidir:

"Buna görə də, bu blokadanın mümkün qədər tez qaldırılması vacibdir".

O, əlavə edib ki, bir neçə gün əvvəl İranın boğazdan gəmilərin keçidini bloklaması ilə vəziyyət tərsinə çevrilib və hər iki tərəf danışıqlarda eyni təsir vasitələrindən effektiv şəkildə istifadə edir.

Anar
Xəbəri paylaş