Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanın TDT ilə əməkdaşlığı davam edəcəkmi?

Macarıstanın TDT ilə əməkdaşlığı davam edəcəkmi?



"12 apreldə Macarıstanda keçirilən parlament seçkilərinin nəticələri Azərbaycanda da diqqətlə izlənilən və çox müzakirə olunan siyasi hadisələrədən biri oldu. 16 il ölkəyə başçılıq etmiş Macarıstanın Baş naziri Viktor Orban, Rusiya-Ukrayna müharibəsinə özünəməxsus mövqeyi səbəbindən Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmırdı. İstər Azərbaycanda, istərsə də Macarıstan və kollektiv qərbdə Orban Avropa dəyərlərinə sadiq olmamaqda, ümumi düşmənə qarşı həmrəylik nümayiş etdirməməkdə ittiham olunurdu.

Fikrimcə Viktor Orban macar xalqının mənefiyini düşünən və bununla belə beynəlxalq münasibətlərə ölkə maraqlarını nəzərə almaqla fərqli prizmadan baxan bir siyasətçidir. Əks halda Avropa Birliyinin üzvü olan bir ölkədə 16 il seçkidə qalib gələrək, hakimiyyətdə qalmaq mümkün deyil. Zaman-zaman avtoritar idarəçilikdə ittiham olunsa da 12 aprel seçkiləri bu iddiaların əssasız və anti-təbliğat vasitəsi olduğunu ortaya qoydu. Doğrudur Orban Ukraynanın Avropa Birliyinə üzv olmasına qarşı çıxış edirdi və o bunu ölkə fermerlərini və iqtisadiyyatını qorumaq məqsədilə etdiyini əsaslandırırdı. O Avropa Birliyi tərəfindən Ukraynaya ayrılan maliyyə yardımlarına qarşı çıxırdı və fikrini belə əsaslandırırdı ki, Avropa Birliyi ölkələrinin vətəndaşlarının vergiləri hesabına formalaşan büdcə məhz bu birlik ölkələrinin vətəndaşları üçün xərclənməlidir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı Macarıstanda keçirilən seçkilərin nəticələrini şərh edərkən deyib. O bildirib ki, Avropa Birliyinin aparıcı dövlətləri tərəfindən müəyyən olunmuş beynəlxalq xarici siyasi xəttə uymayan üzv və dost dövlətlərə qarşı mövcud olan repressiv münasibəti Gürcüstanın timsalında artıq müşahidə etmişik:

"Qərbdən gələn siyasi direktivləri həyata keçirmədiklərinə görə Gürcüstan dövləti və hökuməti Avropa Birliyi üçün artıq arzuolunan deyil. Birlik Gürcüstanda hakimiyyəti dəyişmək istəklərini və təşəbbüslərini isə səngitmir. Bu baxımdan Macarıstanda elektoratın mövqeyinin formalaşmasında kollektiv qərbin səyləri şəksizdir və öz nəticəsini vermişdir".

Elçin Ağamalı hesab edir ki, dünyanın istənilən bir ölkəsində gedən siyasi proseslərə Azərbaycanın maraqları baxımından yanaşmalı və münasibət bildirməliyik:

"Bu baxımdan Viktor Orban sadəcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin böyük dostudur. Macarıstan Avropa Birliyi ölkələri içərisində Azərbaycana ən yaxın və dost ölkələrdən biridir. Çox istərdik ki, yeni qurulacaq Macarıstan hökuməti Azərbaycan da daxil olmaqla digər türk dövlətləri ilə formalaşmış dostluq münasibətləri siyasətini davam etdirsin. Həmçinin hesab edirəm ki, Macarıstanın Türk Dövlətləri Təşkilatında təmsilçiliyi bu ölkədə hökumət dəyişiklilərindən asılı olmayan dərin və etnik kökə bağlı bir prosesdir. Fransanın Afrikadakı təmsilçiliyi, Almaniyanın Asiyadakı təmsilçiliyi bu ölkələrin daxili siyasətində spekulyasiya predmeti olmadığı kimi, Macarıstanın da türk dövlətləri ilə dostluq münasibətləri bu ölkəyə təsir və təzyiq predmeti olmamalıdır".

Süleyman
Xəbəri paylaş