
Ermənistanın birinci instansiya məhkəməsi narkotik satışında ittiham olunan Erməni Apostol Kilsəsinin Kanslerliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı prokurorluğun vəsatətini rədd edib.
Newscenter.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hakim Artur Adamyan Vağarşapat icmasının inzibati sərhədlərini tərk etməyi və cinayət işi üzrə şahidlərlə ünsiyyət qurmağı qadağan edən inzibati nəzarət tədbirinin dəyişdirilməməsi barədə qərar verib.
Məlumat üçün qeyd edək ki, 5 dekabr 2025-ci ildə Ermənistan məhkəməsi narkotik qaçaqmalçılığında ittiham olunaraq arxiyepiskop Arşak Xaçatryanın iki ay müddətinə həbs qətimkan tədbiri seçib. 3 fevral 2026-cı ildə isə həbs qətimkan tədbiri daha iki ay uzadılıb.
Anar












































