
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə müharibə bitdikdən və hərbi vəziyyət ləğv edildikdən sonra daha üç il hərbi çağırışın davam etməsi və hərbi vergilərin tətbiq edilməsi haqda qanunu təsdiqləyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının veb saytında məlumat yerlışdirilib. Bildirlib ki, bu qanunun qəbulu həm də BVF paketində əksini tapıb.
Ukrayna parlamenti bu qanunu 257 səs lehinə qəbul edib. Parlament üzvlərinin fikrincə, bu qanun müharibədən sonrakı yenidənqurma dövründə müdafiə sektorunun sabit maliyyələşdirilməsini təmin edəcək və Ukraynanın beynəlxalq öhdəliklərindən birini yerinə yetirəcək.
Qeyd edək ki, Zelenskinin bu qərarı sadə ukraynalılar arasında ciddi etirazla qarşılanıb.
Mehman












































