Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın dəniz blokadası fonunda İrana məxsus tanker Hörmüz boğazını keçib

ABŞ-ın dəniz blokadası fonunda İrana məxsus tanker Hörmüz boğazını keçib



ABŞ sanksiyalarına məruz qalan İran gəmisi Hörmüz boğazından keçərək yerləşdirmə cihazı işə salınmış şəkildə İslam Respublikasının ərazi sularına daxil olub.

Newscenter.az-ın xəbərinə görə, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi 2 milyon barelə qədər neft daşıya bilir. Tanker "ən kiçik maneə olmadan təyinat yerinə çatıb.

"Bununla da ABŞ sanksiyalarına və təhdidlərinə effektiv şəkildə meydan oxunub",-deyə agentlik bildirib.

Qeyd edək ki. ABŞ Mərkəzi Komandanlığı 13 apreldə İrana qarşı dəniz blokadasının başlandığını elan edib. Bu, İran limanlarına və ya sahil ərazilərinə gələn və ya oradan gedən bütün ölkələrin gəmilərinə şamil ediləcək.

Mehman
Xəbəri paylaş