Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-la Avropa arasında uçurum dərinləşir

ABŞ-la Avropa arasında uçurum dərinləşir


"Hörmüz boğazının blokadası istiqamətində Birləşmiş Ştatların atdığı addımların əksər Avropa ölkələri tərəfindən dəstək görməməsi qoca qitə ilə Amerika arasında uçurumu dərinləşdirib".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, ABŞ-ın Hörmüzün blokadaya alınması istiqamətindəki fəaliyyəti Avropa ölkələrinin maraqları xaricindədir:

"Hətta Avropanın maraqlarına tamamilə ziddir. Çünki Hörmüz boğazı Avropaya enerji daşıyıcıları, neftin daşınmasında mühüm marşrutlardan biridir. Ona görə də ABŞ-ın belə bir addım atması Avropanın enerji təminatında ciddi problemlər yarada bilər. Bu səbəbdən Avropa İttifaqı ciddi cəhdlə Trampı bu fikrindən daşındırmağa çalışır".

Arzuman Muradlı deyib ki, Avropanın Hörmüz məsələsində ABŞ-a dəstək verməməsində Ukrayna amili də müəyyən mənada rol oynayır:

"Belə ki, Ukrayna məsələsində Vaşinqtonun Avropa İttifaqına dəstək verməməsi, Ukraynanın təhlükəsizliyi ilə bağlı Aİ-nin təkliflərinə okeanın o tayından müsbət reaksiya sərgilənməməsi indiki vəziyyətdə Vaşinqtonun Avropanın dəstəyindən məhrum olmasına təsir göstərən amillərdən biridir. Hazırkı situasiyada görünən odur ki, Avropa ilə ABŞ arasında münasibətlər uçuruma doğru gedir. Ümumiyyətlə, hadisələrə son proseslər prizmasından baxanda görürük ki, dünya nizamı artıq pozulub".

Süleyman
Xəbəri paylaş