Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qadınının dəyərli siması – Zərifə Əliyeva

Azərbaycan qadınının dəyərli siması – Zərifə Əliyeva


"Azərbaycan qadınları tarix boyu öz dərin zəkası, güclü iradəsi və zəngin istedadı ilə seçilərək müxtəlif sahələrdə mühüm uğurlar qazanmış, dünya elmi və mədəniyyətinin inkişafına dəyərli töhfələr vermişlər. Belə görkəmli qadınlarımızın sayı kifayət qədərdir. Onlardan biri də xalqımızın yaddaşında savadlı alim, peşəkar həkim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, etibarlı dost və səmimi insan kimi yaşayan, örnək bir şəxsiyyət olan Zərifə xanım Əliyevadır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. Onun sözlərinə görə, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ömrünü xalqına və Vətəninə xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin sadiq ömür-gün yoldaşı, yaxın silahdaşı və etibarlı dostu olmuşdur:

"Zərifə xanım Əliyeva aprelin 28-də qədim Naxçıvan torpağının Şahtaxtı kəndində, tanınmış ictimai-siyasi xadim, xalqımızın görkəmli oğlu Əziz Əliyevin ailəsində dünyaya gəlmişdir.

Onun həyat yoluna nəzər saldıqda görürük ki, Zərifə xanım Əliyeva gənc yaşlarından tibb sahəsinə böyük maraq göstərmiş və bu istiqamətdə uğurlu addımlar atmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmiş, daha sonra isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti və oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır".

Hakim partiya təmsilçisi qeyd edib ki, Zərifə xanım Əliyevanın nurlu xatirəsi hər zaman böyük ehtiram və hörmətlə yad olunur:

"Onun mənalı həyat yolu və zəngin fəaliyyəti Azərbaycan qadını üçün parlaq örnəkdir. Anım günü münasibətilə bu dəyərli şəxsiyyətin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə yad edir, onun elmə və cəmiyyətə bəxş etdiyi qiymətli irsi yüksək dəyərləndiririk".

Anar
Xəbəri paylaş