Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd-Yerevan marşrutu üzrə müntəzəm uçuşlar açıla bilər

Daşkənd-Yerevan marşrutu üzrə müntəzəm uçuşlar açıla bilər


Cari ilin may ayında Daşkənd və Yerevan arasında müntəzəm təyyarə reysləri açıla bilər.

Newscenter.az xəbər verir ki, bu barədə "Özbəkistan Hava Limanları" ASC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hava nəqliyyatı əlaqəsi son onilliklərdə ilk dəfə açılacaq.

Uçuşların həftədə bir dəfə Boeing 737 təyyarələri ilə həyata keçirilməsi gözlənilir.
Aviaşirkət Ermənistanın "Şirak Avia" aviaşirkətidir. Şirkət 2019-cu ildən fəaliyyət göstərir və beynəlxalq marşrutlarda Boeing 737 təyyarələrindən istifadə edir.

Yeni reysin açılması Özbəkistan və Ermənistan arasında turist və işgüzar əlaqələri gücləndirə, eləcə də sərnişinlər üçün birbaşa hava səyahəti imkanlarını genişləndirə bilər.

Əvvəllər bu marşrut üzrə səfərlər adətən Moskva, İstanbul və ya Tbilisi üzərindən həyata keçirilirdi.

Süleyman
Xəbəri paylaş