
İranın hücumları nəticəsində ən azı 399 amerikalı hərbçi yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Agentlik ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokinsinə istinadən bildirib ki, artıq 354 hərbçi xidmətə qayıdıb. Associated Press-in məlumatına görə, amerikalı hərbçilər arasında ölüm sayı 13 nəfərdir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib. Aprelin 7-də Vaşinqton Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İranın Səhiyyə Nazirliyinin məlumatına görə, 40 günlük müharibə zamanı ABŞ-İsrail hücumlarında 3375 iranlı həlak olub.
Anar












































