Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heç kimsə Türkiyə dövləti və onun prezidentinə barmaq silkələyə bilməz

Heç kimsə Türkiyə dövləti və onun prezidentinə barmaq silkələyə bilməz


"Türkiyə sıradan bir ölkə deyil. Heç kimsə Türkiyə dövləti və onun prezidentinə barmaq silkələyə bilməz".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki qrup toplantısında çıxışı zamanı deyib. Türkiyə lideri deyib ki, tarix yazan, təkcə yerləşdiyi coğrafiyada deyil, bütün dünyada sülh arzulayan, bu istiqamətdə addım atan bir ölkəyə heç kim əlində zəncirlə zərbə vura bilməz:

"Buna hər şeydən əvvəl Türk xalqı özü layiqli cavabını verər".

Ərdoğan deyib ki, hər kəs bunu ağlının bir küncünə yazmalıdır.

Süleyman
Xəbəri paylaş