
Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasının Selenqa şəhərində Xalqlar Dostuğu Birliyi Günü keçirilib.
Bu barədə Newscenter.az-a məlumat verən Buryatiya Muxtar Respublikasının Selenqə şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Cəmil Hüseynov deyib ki, buryatlar, ruslar və azərbaycanlıların iştitak etdiyi tədbirin bədii hissəsi Azərbaycana həsir olunub:
Geniş səviyyədə, möhtəşəm şəkildə baş tutan tədbirin bədii hissəsində Azərbaycanın nümayiş etdirdiyi musiqilər tədbirin iştirakçısı olan digər xalqların böyük marağına və diqqətinə səbəb olub.

Tədbir zamanı Cəmil Hüseynov tərəfindən Moskvada çap edilmiş və 1941-1945-ci illəri özündə ehtivan edən Azərbaycanın müharibədə iştirakına dair olan kitablar iştirakçılara hədiyyə edilib. Tədbirdə Azərbaycana məxsus atributlar, milli geyimlər nümayiş olunub, azərbaycanlı uşaqların dilindən şerlər dinlənilib, musiqi ifa olunub, milli mətbəximizdən nümunələr təqdim edilib, şirniyyat süfrəsi açılıb. Tədbirin iştirakçısı olan digər xalqların nümayəndələri Azərbaycanın fəaliyyətini, nümayiş etdirdiyi musiqi nümunələrini alqışla qarsalayıblar.
Qeyd edək ki, tədbirdə 150 nəfərə yaxın iştirakçı olub.
Süleyman











































