Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Finlandiya iqtisadiyyatı 90-cı illərə qayıdıb

Finlandiya iqtisadiyyatı 90-cı illərə qayıdıb


Rusiya ilə əlaqələrin kəsilməsi və sərhədlərin bağlanması bütün Finlandiyaya dağıdıcı təsir göstərib, ölkənin sosial-iqtisadi vəziyyəti 1990-cı illərin böhranı ilə müqayisə edilə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov deyib.

Səfir qeyd edib ki, Rusiya ilə əlaqələrin kəsilməsi və sərhədin bağlanması təkcə Finlandiyanın şərq və şimal bölgələrinə deyil, həm də regionlarına dağıdıcı təsir göstərib:

"Buradakı mövcud sosial-iqtisadi vəziyyəti, bəlkə də, ölkənin 1990-cı illərdə yaşadığı böhranla müqayisə etmək olar. Həmin dövrdə Finlandiya SSRİ-nin dağılmasından sonra "Şərq ticarəti"nin çökməsi səbəbindən dərin tənəzzülə uğramışdı. İndi Helsinki eyni ssenarini təkrarlayır, amma öz təşəbbüsü ilə".

Kuznetsov qeyd edib ki, Finlandiyanın iqtisadi artımı son illərdə dayanıb və ÜDM 2021-2022-ci illər səviyyəsində qalıb.

Anar
Xəbəri paylaş