
Niderland tezliklə Ukraynaya Kral Dəniz Qüvvələrinin minaaxtaran gəmisini təhvil verəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, gəmi Ukrayna donanmasına inteqrasiya olunacaq. Bu barədə Baş nazir Rob Cetten məlumat verib.
Bu arada Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Kiyevə yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişdirməyəcək, əksinə münaqişəni uzadacaq.
Qeyd edək ki, Kiyev Qara dənizin minalanması səbəbindən gəmilərin hərəkətində ciddi problemlərin meydana gəldiyini bəyan edib. Bu isə ən çox taxıl daşımalarına öz mənfi təsirini göstərir.
Anar











































