
Rusiyanın Azərbaycanın AZAL hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasından sonra keçən müddət ərzində baş verən hadisələr fonunda nəhayət təzminat ödənilməsi məsələsinin öz müsbət həllini tapması və Moskvanın bu hadisəyə görə Azərbaycana təzminat ödəyəcəyi xəbəri iki ölkə münasibətləri baxımından mühüm xəbər oldu. Moskvanın bu addımı atacaq olmasını Azərbaycan tərəfinin xoş qarşılaması və iki ölkə arasında gərginliyə səbəb olan bu məsələnin müsbət sonluqla bitməsi ikitərəfli münasibətlərə dəyər verildiyinin bariz nümunəsi oldu.
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Moskvanın Azərbaycanın haqlı tələblərini qəbul etdiyi və öz səhvini başa düşdüyü hiss edilir:
"Azərbaycanın regionda və dünya miqyasında artan nüfuzu fonunda Rusiyanın Azərbaycanla əlaqələri yüksək tutmaq istəyi başa düşülən və qəbul ediləndir. Azərbaycan Rusiya ilə ikitərəfli və bərabərhüquqlu münasibətlərdə daim maraqlı ölkə kimi bizdən qaynaqlanmayan bu gərginliyə son veriləcəyi üçün siyasi olaraq gözləntiləri çoxdur. Bu dövrdə baş vermiş xoşagəlməz hadisələrə son veriləcəyinə inanır. Rusiyanın bu kimi hallarda beynəlxalq hüququn gərəyi olaraq təzminat ödənilməsini də bu prosesin son halqası hesab edir. Bundan sonra belə halların olmayacağına əminlik ifadə olunur".
Süleyman












































