
Varşava və Budapeşt Ukraynanın Aİ-yə sürətlə daxil olmasına qarşı çıxır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski RMF24 radiostansiyasında bildirib.
Sikorski qeyd edib ki, Avropa Komissiyası Ukraynanın üzvlüyünün sürətləndirilməsi ideyasını irəli sürüb:
"Lakin bu, baş verməyəcək. Çünki Ukrayna bütün zəruri şərtləri yerinə yetirməlidir. Necə ki, biz də bir vaxtlar onları yerinə yetirməli idik".
Qeyd edək ki, 12 apreldə keçirilən parlament seçkilərində qalib gəldikdən sonra Magyar Ukraynanın Avropa Birliyinə sürətli qoşulmasına qarşı çıxıb. Viktor Orbanın hökuməti də Ukraynanın tələsik AB-yə qoşulmasına qəti şəkildə etiraz edirdi.
Anar











































