Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Hindistana səfər edəcək

Putin Hindistana səfər edəcək


Rusiya prezidenti Vladimir Putinin BRICS sammiti üçün Hindistana və Hindistanın Baş naziri Narendra Modinin ikitərəfli sammit üçün Rusiyaya səfəri 2026-cı ildə gözlənilir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistanın Rusiyadakı səfiri Denis Alipov məlumat verib.

O, qeyd edib ki, ikitərəfli gündəliyin bir hissəsi olaraq Rusiya tərəfi Hindistanın baş nazirini Rusiyada qəbul etmək fürsətini səbirsizliklə gözləyir.

"BRICS sammiti bu ilin sentyabr ayında Hindistanda keçiriləcək və biz Rusiya prezidentinin bu tədbirdə iştirak etmək üçün Hindistana səfər edəcəyini gözləyirik".

Qeyd edək ki, keçən ilin dekabr ayında Prezident Putin Hindistana səfər edib. Baş nazir Modinin isə bu il Rusiyaya səfər edəcəyi nəzərdə tutulur.

Anar
Xəbəri paylaş