
Rusiya ilə əlaqəli hakerlərin Yunanıstan Baş Qərargahına (HNDGS) məxsus 27 elektron poçt hesabına sızdığı ortaya çıxıb.
Newscenter.az Reuters agentliyinə istinadən bildirir ki, oğurlanmış hesablar arasında Yunanıstanın Hindistan və Bosniya və Herseqovinadakı hərbi attaşelərinin hesabları da var.
Belə ki, Britaniya və Amerika kibertəhdid tədqiqatçılarından ibarət Ctrl-Alt-Intel qrupu, hakerlərin təsadüfən məlumatları internetdə açıq qoyması nəticəsində sızıntını aşkar edib.
Hücumun Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğu bilinən "Fancy Bear" kimi tanınan kiber casusluq qrupu ilə əlaqəli olduğu güman olunur.
Moskva kiberhücum iddialarını rədd edib.
Anar












































